Polşa baş naziri avtomobil qəzası keçirib

Polşa baş naziri avtomobil qəzası keçirib
11 Fevral 2017
Mətni dəyiş
Polşanın qadın baş naziri Beata Szydlo Oswiecim (Auschwitz) şəhərinə gedərkən Krakovda yol qəzası keçirib.
Qəzada mühafizəçilərdən biri yaralanarkən hər hansı yara almayan baş nazir Szydlo xəstəxanada müayinə edilib.
Abzas.net xəbər verir ki, Rusiya mətbuatında yayılan son məlumatlarda baş nazirin vəziyyətinin stabil olduğu bildirilir.
Bununla belə hakim "Hüquq və ədalət" partiyasının sədri Yaroslav Kaçinski baş nazirin ciddi xəsarət aldığını bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun