Peskov: "Rusiya Donbassa tank göndərmir"

Peskov: "Rusiya Donbassa tank göndərmir"
10 Fevral 2017
Mətni dəyiş
Donbassa tank göndərmədiyini açıqlayan Rusiya Minsk müqavilələrinin təxirə salınma səbəbinin Ukrayna olduğunu işarə edib.
Kreml sözçüsü Dmitriy Peskov, Rusiyanın Ukraynanın cənub-şərqindəki Donbass bölgəsinə tank göndərdiyinə dair iddiaları yalanlyıb. Jurnalistlərin mövzuyla bağlı suallarını cavablayan Peskov, "Rusiya Ukraynadakı qarşıdurma bölgəsinə rəsmi kanallar vasitəsilə könüllü birliklər və tank göndərmir. O bölgə Kiyevin nəzarəti altında olmasa da, Ukraynaya aiddir", - deyə bildirib.
"Sputnik" agentliyi xəbər verir ki, Rusiyanın bölgəyə tank göndərmədiyini və tankların mənşəyinin Kiyevdə soruşulması lazım olduğunu qeyd edən Peskov, "Kiyev bu bölgələri davamlı olaraq rədd edir. Bu səbəblə vəziyyətin niyə bu hala gəldiyini Ukraynadan soruşmaq lazımdır", - deyə vurğulayıb.
Peskov Minsk müqavilələrinin 'təxirə salınmasının' səbəbinin də Kiyevdə soruşulması lazım olduğunu deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun