Pence: "Amerika xalqı Avropa ilə əməkdaşlığa daima sadiqdir"

Pence: "Amerika xalqı Avropa ilə əməkdaşlığa daima sadiqdir"
18 Fevral 2017
Mətni dəyiş
Münhen Təhlükəsizlik Konfransı davam edir. NATO üzvü ölkələrin nazirlərini bir araya gətirən konfrans ittifaqın Trump dövründə alacağı mövqe baxımından diqqətlə izlənilir.
Abzas.net xəbər verir ki, Münhendə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mike Pence-in çıxışı maraqla gözlənilirdi, ikinci gün keçirilən iclaslarda danışan Pence ABŞ-NATO əməkdaşlığının gələcəyinə dair sual işarələrini aradan qaldırmağa çalışıb:
"Bu gün, sabah və hər zaman üçün rahat olun. Amerika daima sizin ən böyük müttəfiqiniz olacaq. Prezident Trump da, Amerika xalqı da bu əməkdaşlığa tamamilə sadiqdir".
Konfransda çıxış edən digər önəmli şəxs Almaniya Baş naziri Angela Merkel olub. Merkel isə Rusiya ilə əlaqələrin əhəmiyyətindən danışıb:
"Rusiya Avropa Birliyinin qonşularından biridir. Eyni zamanda bizim də qonşumuzdur. Mən bir çox mövzuda fərqli düşünsək də, Rusiya ilə daha yaxşı əlaqələr qurulması üçün səy göstərməyə davam edəcəm".
Rusiya ilə terrora qarşı əməkdaşlıq edə biləcəklərini vurğulayan Merkel digər tərəfdən də Putin rəhbərliyinə Ukrayna ilə bağlı xəbərdarlıq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun