Orduxan Teymurxanın qohumlarına sutkalıq həbs verilib

Orduxan Teymurxanın qohumlarına sutkalıq həbs verilib
21 Fevral 2017
Mətni dəyiş
Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın yaxın qohumlarına inzibati həbs cəzası verilib.
Abzas.net xəbər verir ki, bloqqerin qardaşı Dadaşov Xanlar Teymurxan və bacısı oğlu Zeynalov Səbuhi Vidadi İnzibati Xətalar Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə ittiham olunublar.
Buna da bax: Bloqqerin bacıları buraxılıb, kişi qohumları isə hələ də saxlanılırlar [Video]
Orduxan Teymurxanın məlumatına görə, qohumları Suraxanı Rayon Məhkəməsinə çıxarılıb və barələrində 30 sutka həbs qərarı verilib.
Bloqqerin öz sözlərinə görə, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə qarşı söylədiyi tənqidi fikirlərə görə incidilir. Ailəsindən O.Teymurxanın fəaliyyətinə son qoyması tələb edilir.
Buna da bax: Bloqqer Orduxan Teymurxanın ailəsi ondan imtina edir
Orduxan Teymurxanın bacıları fevralın 18-də Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıblar. Fevralın 19-u onun bacılarını sərbəst buraxsalar da, qardaşı, yeznəsi və bacısı oğlu polis bölməsində saxlanılmışdı.
Bir müddət əvvəl bloggerin bacısı, bacısı oğlu və yeznəsi mətbuat vasitəsilə ondan imtina etdiklərini bəyan etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun