Nazarbayevin nəvəsi vitse-prezident təyin olundu

Nazarbayevin nəvəsi vitse-prezident təyin olundu
28 Fevral 2017
Mətni dəyiş
Aysultan Nazarbayev Qazaxıstan Futbol Federasiyasının beynəlxalq futbol təşkilatları ilə münasibətlər üzrə vitse-prezidenti təyin edilib.
Abzas.net xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin nəvəsi  Aysultan Nazarbayev bu vəzifəyə federasiyasının qərarı ilə gətirilib.
"Qazaxıstan Futbol Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə fevralın 28-i qurumun xarici əlaqələr, FİFA və UEFA ilə münasibətlər üzrə vitse-prezidenti təyin olunub"- deyə qərarda bildirilib.
Aysultan Nazarbayev bir neçə dəfə federasiyasının fəaliyyətini tənqid edib və Qazaxstan futbolunun başına keçməyə hazır olduğunu bildirib.
Bundan sonra Futbol Federasiyasının prezidenti Yerlan Kojagapanov tutduğu vəzifədən istefa verərək yerini Seilda Bayşakova verib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun