Mosulda 4 uşaq acından ölüb

Mosulda 4 uşaq acından ölüb
19 Fevral 2017
Mətni dəyiş
İraqda 4 uşaq acından dünyasını dəyişib.
Abzas.net xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalı altında olan hissəsində baş verib. Aktivist Ömər ət Tai şəhərin bu ərazisində kəskin qida çatışmazlığının mövcudluğunu vurğulayıb.
Xəbərdə həmçinin bildirilir ki, 1,5 milyon sakinin yaşadığı şəhərdə davam edən hərbi əməliyyatlar səbəbindən ərzaq qıtlığı mövcuddur. Yaşayış məntəqəsinə göndərilən humanitar yardımlar yalnız əhalinin ehtiyacının 20 % hissəsini ödəyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun