Mixail Qorbaçov Almaniyadakı villasını satır

Mixail Qorbaçov Almaniyadakı villasını satır
23 Fevral 2017
Mətni dəyiş
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Almaniyanın Bavariya bölgəsindəki villasını 7 milyon avroya satışa çıxarıb. 
Məlumatı Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yayıb. Villanın yerləşdiyi Oberax şəhərinin meri Kristian Kyok bildirib ki, M.Qorbaçov sonuncu dəfə 3 il əvvəl bu evdə olub: “Halbuki sakinlər əvvəllər onunla şəhərin küçə və restoranlarında tez-tez rastlaşırdılar”.
Qəzetin yazdığına görə, Qorbaçovlar ailəsi 11 il əvvəl Teqernzee gölünün ətrafında torpağı və malikanəni alıblar. 17 otaqlı bu malikanə 1908-ci ildə tikilib. 2006-cı ildə binanı Mixail Qorbaçovun yeganə qızı İrina Virqanskaya alıb. Villanın sahəsi 2,6 min kv metrdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun