Manat fevralda 10% bahalaşıb

Manat fevralda 10% bahalaşıb
28 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə USD/AZN rəsmi məzənnəsini 1,7475 səviyyəsində müəyyən edib.
"APA-Economics" xəbər verir ki, beləliklə, aya 1,9200 manat səviyyəsində başlayan dollar fevralı 1,7475 manatla tamamlayıb. Göründüyü kimi, dollara fevralda manata qarşı 9,87% ucuzlaşıb.
Onu da qeyd edək ki, manat fevralın 16-dək bahalaşma nümayiş etdirib. Fevralın 16-dan isə manat ucuzlaşır.
AMB ucuzlaşmanın səbəbini açıqlamır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun