Məhkəmə “Azadlıq” qəzetində vergi yoxlaması haqqında qərarı qüvvədə saxlayıb

Fevralın 9-da 9-u Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzeti, “Azadlıq.info” MMC-nin və “azadlıq.info” saytının vergi yoxlamasına cəlb edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətini təmin etməyib. 
Vəkil Səməd Rəhimovun Turan-a verdiyi məlumata görə, səyyar vergi yoxlaması yalnız son üç ili əhatə edə bilər. “Ancaq, “Nəsimi rayon Məhkəməsi qəzetin və azadliq-infio saytının 2010-2016-cı illərdəki fəaliyyətinin vergi yoxlamasına cəlb olunması barədə qərar verib.
Qərar Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəsatəti ilə verdiyi təqdimat əsasında qəbul edilib. Bir halda ki, hazırda həbsdə olan Azadlıq qəzetinin maliyyə direktou Faiq Əmirliyıə qarşı vergi ilə bağlı ittiham irəli sürülməyib”, deyə vəkil qeyd edib.
Qeyd edək ki, baş prokurorun müavini vergi yoxlaması zərurətini əsaslandırarkən hansısa cinayət işinə istinad edir.