Lavrov: "Trump rəhbərliyinin normal əlaqələr yaratmaq istəyindən məmnunuq"

Lavrov: "Trump rəhbərliyinin normal əlaqələr yaratmaq istəyindən məmnunuq"
11 Fevral 2017
Mətni dəyiş
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-dakı yeni rəhbərliyin Moskva ilə normal əlaqələr inkişaf etdirmək istəməsindən məmnun olduqlarını söyləyib.
'Diplomatlar Günü' münasibətilə təşkil edilən tədbirdə etdiyi çıxışda ABŞ prezidenti Donald Trump rəhbərliyinin və bir çox Avropalı siyasətçinin Rusiya ilə normal münasibətlərin inkişafı istiqamətində açıqlamalar verdiyini ifadə edən Lavrov, şərhlərdən məmnuniyyət duyduqlarını, ancaq konkret addımlara görə qərar verəcəklərini bildirib.
Lavrov bu çərçivədə heç bir şübhəyə yer olmaması lazım olduğunu da ifadə edib, Rusiyanın və rus xalqının təhlükəsizliyinin hər vəziyyətdə təmin ediləcəyinin vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun