KXCP fəalı polisda 4 saat sorğu-sual edilib

KXCP fəalı polisda 4 saat sorğu-sual edilib
22 Fevral 2017
Mətni dəyiş
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Yasamal rayon şöbəsinin sədri Nisəxanım Vəliyeva fevralın 21-də evindən Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə aparılıb.
O, iki saat orada saxlanıldıqdan sonra Yasamal rayon Polis İdarəsinə aparılıb. Vəliyeva dörd saat  sorğu-sual edilib. Ondan  facebbok-da tənqidi statuslarını pozmağı tələb ediblər. Bunları etdikdən sonra Vəliyevanı  sərbəst buraxıblar. Bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu Turana  bildirib.
KXCP təşkilat sədrinin saxlanılmasını polis rejiminin gücləndirilməsi, insan haqlarının pozulması kimi qiymətləndirir.
“Bu, on illərlə davam edən insan haqlarının pozulmasının bir nümunəsidir”, - KXCP sədri qeyd edib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun