Kreml Ağ Evin Krımın qaytarılması bəyanatına cavab verdi

Kreml Ağ Evin Krımın qaytarılması bəyanatına cavab verdi
15 Fevral 2017
Mətni dəyiş
"Rusiya ABŞ-la Krımın qaytarılması məsələsini müzakirə etməyəcək."-deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov Ağ Evin mətbuat katibi Sean Spicerin "Trump Krımın Ukraynaya qaytarılmasını gözləyir" bəyanatını şərh edərkən belə deyib.
"Bu məsələ müzakirə olunmayacaq və ya müzkirə oluna bilməz ", - deyə Peskov vurğulayıb.
Hər gün keçirilən mətbuat konfransında jurnalistlər Spicerin bəyanatını şərh etməyi və Trumpın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Krım məsləsini gündəmə gətirib gətirmədiyini soruşublar.
"Xeyr. Bu məsələ gündəmdə olmayıb.", - deyə Peskov qeyd edib. Onun sözlərinə görə Kreml Krımla bağlı mövqeyini Trumpa çatdıracağına ümid edir.
"Biz həmçinin bütün əlaqələrin yoluna qoyulacağına və amerikalı müttəfiqlərimizə öz arqumentlərimizi sakit və kostruktiv şəkildə çatdırmağa imkan yaranacağına ümid edirik".
Bu günlərdə Trumpın Krımla bağlı gözləntiləri barədə Ağ evin mətbuat katibi danışıb.
"Prezident Trump Rusiya hökumətinin Ukraynadka gərginliyi aradan qaldırmağa başlayacağını və Krımı geri qaytaracağını gözlədiyini açıq-aşkar bildirib"-deyən Ağ Evin mətbuat katibinin sözlərinə görə Trump Rusiya ilə əməkdaşlıq etmək istəyir.
Sean Spicerin bəyanatını Rusiya Xarici İşlər Nazirliyi də şərh edib.
[caption id="attachment_24726" align="alignnone" width="1023"] Krımın Simferopol şəhərində boyanmış divar[/caption]
 
"Biz öz ərazimizi geri qaytarmırıq, Krım Rusiya Fedarasiyasının ərazisidir",- deyə XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə Trumpın seçkiqabağı kampaniya zamanı verdiyi vədləri xatırladaraq, onun yerinə yetirlməsini istəyib.
"ABŞ prezidentinin birbaşa sözlərini gözləyək. Ümumiyyətlə seçkiqabağı proqlamların içrasından yola çıxmaq vacibdir.Trump Rusiya ilə münasibət qurmağı vəd edib. Əgər o, seçkiqabağı götürdüyü öhdəliklərdən imtina edərsə, bu zaman suala özü cavab verməlidir"-deyə Volodin vurğulayıb.
Krım 2014-cü ilin yazında Rusiya tərəfindən istila edilib. Rəsmi Kiyev və beynəlxalq ictimaiyyət Krımın Ukraynanın yarımadası hesab edir. ABŞ və Avropa ölkələri Krıma və Ukraynanın şərqindəki döyüş əməliyyatlarında Rusiyanın əli olmasından şübhələrək bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. Lakin rəsmi Moskva bu şübhələri təkzib edir.
Qərb ölkələri sanksiyaların aradan qaldırılması məsələsində başlıca şərtin Ukraynanın şərqində vəziyyətin nizamlanması üçün Minsk razılaşmasının həyata keçirilməsi olduğunu bildiriblər.
Lakin ABŞ-ın BMT-dəki yeni nümayəndəsi Nikki Haley Rusiyaya qarşı sanksiyaların Minsk razılaşması həyata keçirilənə qədər deyil, Krım Ukraynaya qaytarılana qədər davam edəcəyini bəyan edib.
"Wall Street Journal"a müsahibəsində Trump Rusiyaya qarşı sanksiyaların yaxın vaxtlarda ləğv edilməyəcəyini vəd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun