Komissiya: Girovluqdan azad edilən 1437 nəfərin 210-u uşaqdır

Komissiya: Girovluqdan azad edilən 1437 nəfərin 210-u uşaqdır
24 Fevral 2017
Mətni dəyiş
"197 nəfər Xocalı sakini itkin düşmüş kimi qeydiyyatdadır".
APA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, həmin 197 nəfərdən 95-in əsir və girov götürülməsi barədə şahid ifadələri mövcuddur, onların arasında 12 uşaq var. İ. Axundov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 nəfər azərbaycanlı itkin düşmüş kimi qeydiyyatdadır: "Girovluqdan azad edilmiş 1437 nəfərin arasında 210 uşaq olub. Tərəfimizdən aparılmış araşdırmalar nəticəsində isə 179 naməlum qəbir aşkarlanıb. Bunlar şəhid məzarlarıdır. Həmin məzarlarda gələcəkdə eksqumasiya aparılacaq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun