Kipr müzakirələrində kriz: "Cənubi Kipr prezidenti qapını çırparaq danışıq masasını tərk edib"

Kipr müzakirələrində kriz: "Cənubi Kipr prezidenti qapını çırparaq danışıq masasını tərk edib"
16 Fevral 2017
Mətni dəyiş
Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı, Kipr müzakirələri çərçivəsində keçirilən liderlər görüşündə Cənubi Kipr Respublikasının başçısı Nikos Anastasiadis-in hirslənərək, "Söyləyəcək bir şeyim yoxdur" dediyini və qapını sərt şəkildə çırparaq, getdiyini söyləyib. Akıncı, "Onlar getdikləri üçün qapını yenidən açmaq öz əllərindədir", - deyə bildirib.
Abzas.net xəbər verir ki, Akıncı, Anastasiadis-lə Kipr probleminə həll yolu tapmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə geniş müzakirələr aparmaq üçün təxminən 1 saatlıq görüş keçirib.
Prezident Akıncı görüşdən sonra mətbuat mənsublarına verdiyi açıqlamada, "Anastasiadis sözünü dedikdən sonra BMT-nin Kipr üzrə xüsusi müşaviri Espen Barth Eide-nin mövzunu toparlama baxımından etməli olduğu çıxış vardı. Eide-nin olayların düzəldilməsi lazım olduğunu ifadə etməyə çalışdığı anda o, hirslənərək, 'Söyləyəcək bir şeyim yoxdur" dedi və qapını sərt şəkildə çırparaq, otaqdan çıxdı. Həmin anda başqa edəcək bir şey qalmadı", - deyə qeyd edib.
Akıncı, Cənubi Kipr Respublikası prezidentinin keçmişdə də zaman-zaman bu cür davranışlar sərgilədiyini ifadə edərək, "Buna dözüm göstərmək, səbrli olmaq mümkün deyildi. Bu kimi iclaslarda hər kəs bir-birinə hörmət etməlidir. Əgər bu olmayacaqsa, hər hansı irəliləyişdən də söz gedə bilməz", - deyərək sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, tərəflər arasında son olaraq Enosis böhranı çıxmışdı. Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı, "Rum məclisinin Enosis-i məktəblərdə oxutmaq qərarı ləğv edilməlidir. Bu mövzuda dövlət başçısı addım atmalıdır, çünki bu qəbul edilə biləcək davranış deyil" demişdi.
Cənubi Kipr məclisi, məktəblərdə 1950-ci ildə qəbul edilən Enosis (Kiprin Yunanıstana birləşdirilməsi) qərarının qeyd olunması istiqamətində qərar vermişdi. Enosis, adada yunanların türklərə hücumlarına səbəb olmuş və qarşıdurmalar yaratmışdı.
Tərəflər arasında 9 yanvardan başlayaraq mövzu ilə bağlı həll yolları axtarılırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun