Kim Jong-nam-ı öldürməkdə şübhəli bilinən qadına "90$ ödənilib"

Kim Jong-nam-ı öldürməkdə şübhəli bilinən qadına "90$ ödənilib"
25 Fevral 2017
Mətni dəyiş

Şimali Koreya liderinin atabir qardaşının ölümü ilə bağlı həbs edilən indoneziyalı qadın deyir ki, "zarafatı" həyata keçirmək üçün ona 400 Malayziya ringgiti ($90) verilmişdi.

İndoneziya səfirliyinin rəsmiləri 25 yaşlı Siti Aisyah ilə şənbə günü Malayziya paytaxtında görüşüb. O deyib ki, realiti-şou üçün zarafat olaraq Kim Jong-nam-ın üzünə "uşaq yağı" sürtmək üçün ona pul ödənilib. Tibbi yoxlamalara əsasən cənab Kim yüksək dərəcədə zəhərli sinir qazı olan VX ilə qətlə yetirilib. Bu maddə BMT tərəfindən kütləvi qırğın vasitəsi kimi qiymətləndirilir. Bu hücumun arxasında Şimali Koreyanın durduğu barədə fikirlər geniş yayılsa da Şimali Koreya iddiaları rədd edir. Siti Aisyah-dan başqa, hadisə ilə bağlı vyetnamlı qadın və Şimali koreyalı kişi də həbs olunub. Daha 7 nəfər axtarışa verilib.
[caption id="attachment_26140" align="alignnone" width="624"] XV sinir qazı BMT tərəfindən kütləvi qırğın vasitəsi kimi qiymətləndirilir[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun