Keniya quraqlıqla əlaqədar milli fəlakət elan edib

Keniya quraqlıqla əlaqədar milli fəlakət elan edib
13 Fevral 2017
Mətni dəyiş
Keniya hökuməti ölkədə yaşanan quraqlıqla əlaqədar milli fəlakət elan edib.
Report-un TASS-a istinadən verdiyi xəbərə görə, ölkə qida yardımı üçün dünya ictimaiyyətinə müraciət edib.
"Beynəlxalq tərəfdaşlarımızı hökumətin vəziyyəti nəzarətdə saxlamaq səylərini dəstəkləməyə çağırırıq" - ölkə prezidenti Uhuru Keniatanın bəyanatında deyilir.
Qırmızı Xaç Komitəsinin ilkin hesablamalarına görə, Keniyanın təxminən 2,7 milyon sakininə qida yardımı lazımdır.
Dövlət başçısının bəyanatında hökumətin artıq 70 milyon dollar ayırdığı qeyd edilib. Şərqi Afrika ölkəsinin 47 regionundan 23-də yardıma ehtiyac var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun