Jurnalist Zabil Müqabiloğlu vəfat edib

Jurnalist Zabil Müqabiloğlu vəfat edib
27 Fevral 2017
Mətni dəyiş
Bir müddət idi sağlanlığında problemlər olan jurnalist Zabil Müqabiloğlu bu gün xəstəxanada vəfat edib. 
Abzas.net xəbər verir ki, bu barədə yaxınları məlumat verib. O, bu dəqiqələrdə 1 saylı şəhər kliniki xəstəxanasında (Semaşko) dünyasını dəyişib.
Uzun müddət xəstəlikdən əziyyət çəkən jurnalistin səhhəti ötən gecə qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) yerləşdirilib. Onda kəskin daxili qanaxma başladığı, həkimlərin qanaxmanı saxlaya bilmədikləri bildirilib.
Z.Müqabiloğlu sabah Pirşağı qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılacaq.
Jurnalist 2016-cı ilin noyabrın 11-də də qaraciyərində bərkimə yarandığı üçün 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi.
Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakultəsini bitirib. 1998-ci ildən mətbuatda olub, "525-ci qəzet", "Avropa", "Tərcüman" və "Yeni Müsavat" qəzetlərində çalışıb.  Son illər isə “Gunxeber.com” saytına rəhbərlik edirdi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun