İsrail polisi 7 fələstinlini həbs edib

İsrail polisi 7 fələstinlini həbs edib
12 Fevral 2017
Mətni dəyiş
İsrail polisi İordan çayının qərb sahilində "silah və hərbi təchizat saxladıqları" iddiasıyla 7 fələstinlini həbs etdiyini açıqlayıb.
“Anadolu Agentliyi” xəbər verir ki, İsrail polisinin sözçüsü Luba Samri yayımladığı yazılı açıqlamada, "İsrail əsgərləri və polisinin, aldığı kəşfiyyatın ardından Əl-Xəlil şəhərinin Es-semu bölgəsinə təşkil etdiyi ortaq əməliyyatda 7 fələstinlini həbs etdiyini" bildirib.
Açıqlamada, nəzarətə alınan fələstinlilərin, "silah və müxtəlif hərbi təchizat saxladıqları" iddia edilib.
Qeyd edək ki, Fələstindən verilən məlumata görə, İsrail həbsxanalarında aralarında 300 uşaq, 51 qadın, 21 jurnalistin də olduğu təxminən 7 min məhbus var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun