İslamiadaya qatılacaq könüllülərə ali məktəblərdə güzəşt edilməyəcək

İslamiadaya qatılacaq könüllülərə ali məktəblərdə güzəşt edilməyəcək
2 Fevral 2017
Mətni dəyiş
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək könüllü tələbələrə ali təhsil müəssələrində hər hansı güzəşt olmayacaq. 
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov bildirib. O deyib ki, müxtəlif yarışlarla əlaqədar bəzi məkanlardakı təhsil müəssisələrinin proqramında dəyişiklik edilə bilər: "Tələbələr arasında könüllülərinin olması bizi sevindirir. Düşünmürəm ki, könüllülərin ali təhsil müəssisələrində güzəştlərə ehtiyacı var. Belə halla rastlaşmamışıq. Biz öz ali təhsil müəssisələrimizə, tələbələrimizə, könüllülərimizə arxalanmalıyıq".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun