İraq baş nazirindən "vətəndaş müharibəsi" xəbərdarlığı

İraq baş nazirindən "vətəndaş müharibəsi" xəbərdarlığı
15 Fevral 2017
Mətni dəyiş
İraq Baş naziri Heydər əl-İbadi, Sədr Hərəkatı lideri Müqtəda əs-Sədr tərəfdarlarına ölkədə "vətəndaş müharibəsi" yaratmamaları mövzusuna xəbərdarlıq edib.
"Anadolu Agentliyi" xəbər verir ki, İbadi, Sədr tərəfdarlarının təşkil etdiyi nümayişlər və paytaxt Bağdaddakı şiddətlli hadisələrin müzakirə edildiyi Nazirlər Kabinetinin iclasının ardından mətbuat konfransı təşkil edib. Baş nazir hökumətin prioritet gündəm maddəsinin Mosulu İŞİD-dən xilas etmə əməliyyatları olduğuna diqqət çəkib.
Sədr tərəfdarlarına üzünü tutan İbadi, "Nümayişçiləri ölkəni vətəndaş müharibəsilə atəşə verməməyə və ən əhəmiyyətli hədəfimiz İŞİD-lə mübarizəni unutmamağa çağırıram", - deyə bildirib.
Nümayişlərdən istifadə bəzi qruplarun olduğunu ifadə edən İbadi, sülh nümayişlərinin əhəmiyyətinə vurğu edərək, deyib "Təhlükəsizlik qüvvələrini narahat etmək, şəhərlərin xilas edilməsi əməliyyatları üçün xərclənən səylərə mənfi təsir edər".
İbadi əlavə olaraq, ABŞ prezidenti Donald Trump ilə telefonla danışdığını bildirərək, Trump-ın İŞİD-lə mübarizədə İraqa dəstək verdiyini vurğuladığını qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun