İran ABŞ-ı məhkəməyə verib

İran ABŞ-ı məhkəməyə verib
9 Fevral 2017
Mətni dəyiş
İran Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb. 
"Report" xəbər verir ki, bu barədə İranın hüquq işlər üzrə vitse-prezidenti Məcid Ənsari məlumat verib.
Onun sözlərinə görə, buna səbəb İran Milli Bankının ABŞ tərəfindən dondurulmuş əmlakının bir hissəsinin müsadirə edilməsidir.
"Şikayətin izlənməsi çox ciddi məsələdir və biz Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırmağı bacardıq. Artıq məhkəmə iddiamızı qeydə də alıb", - deyə vitse-prezident bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun