İqtisadçı-ekspert: "Sürətlə artan xarici borc çox ciddi problemə çevrilməkdədir"

İqtisadçı-ekspert: "Sürətlə artan xarici borc çox ciddi problemə çevrilməkdədir"
1 Fevral 2017
Mətni dəyiş
"Ucuz neftin qurbanı təkcə manat, törətdiyi fəsad təkcə sürətlə dərinləşən sosial böhran deyil. Sürətlə artan xarici borc çox ciddi problemə çevrilməkdədir".
Abzas.net-in xəbərinə görə, bunu iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkədəki səhifəsində yazıb. Onun sözlərinə görə, bu da problemin hələ mürəkkəb tərəfi deyil, çünki hazırda olan borcların yarısı 10 ilədək olan borclardır.
"2015-2016-cı illərdə xarici dövlət borcu 25%-ə yaxın artıb, xarici borcun ÜDM-də payı 7.5%-dən 21%-dək yüksəlib. Borcalmanın şərtləri ağırlaşdığından artan borclar əsasən qısamüddətli - 10 ilə qədər olan borclardır. 2014-cü ilin sonlarında bütün xarici borcların cəmi 7%-i 10 ilədək idi, hazırda isə borcların 50%-i 10 ilədək olan borclardır"- deyə iqtisadçı bildirib.
[caption id="attachment_15445" align="alignnone" width="1132"] Rövşən Ağayev[/caption]
Rövşən Ağayev onu da əlavə edib ki, hökümətin ən son statistikaya görə 2025-ci ilədək qaytarılmalı xarici borclarımız 4 mlrd. dolları örtür. İqtisadçı qeyd edib ki, hökumətin sürətli borclanma ehtiyacını nəzərə alsaq, yaxın zamanlarda bu məbləğin daha da artacağını proqnozlaşdırmaq olar:
"Yəni əvvəllər deyildiyi kimi, heç də xarici borcların hamısı gələcək nəsillərin yükü deyil. Bizim də çiynimizin xeyli ağır yükü var".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun