İngiltərə reaktivləri rus döyüş təyyarələri üçün havalanıb

İngiltərə reaktivləri rus döyüş təyyarələri üçün havalanıb
10 Fevral 2017
Mətni dəyiş
Rusiya Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin İngiltərənin hava sahəsinə yaxınlaşmasından sonra ingilis reaktivləri müşahidə üçün havalanıb.
İngiltərə Müdafiə Nazirliyindən mövzuyla bağlı verilən açıqlamada, Krallıq Hava qüvvələrinə (RAF) aid Tayfun tipi reaktivlərin ingilis hava sahəsinə yaxınlaşan "Tupolev TU 160" tipli iki rus bombardman təyyarəsini müşahidə məqsədiylə havalandığı qeyd edilib.
"Anadolu Agentliyi" xəbər verir ki, nazirliyin şərhində, dünən yerli saatla 10.00-da Moray ilə Lincolnshire Krallıq hava bazalarından qalxan ingilis reaktivlərinin Şotlandiyanın şimalından başlayaraq, şimal-şərq istiqamətində İrlandiyanın qərbinə doğru rus təyyarələrinə havada yoldaşlıq etdiyi ifadə edilib.
Xatırladaq ki, İngiltərə daha əvvəl də hava sahəsinə yaxınlaşan rus döyüş təyyarələrini xəbərdar edib.
İngilis döyüş gəmiləri və təyyarələri keçən ay da Suriyadan Rusiyaya dönüş yolunda İngiltərə limanılarına yaxınlaşdığı aşkarlanan rus gəmilərinə, bölgədən uzaqlaşana qədər yoldaşlıq etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun