İlham Əliyev Münhenə gedir

İlham Əliyev Münhenə gedir
16 Fevral 2017
Mətni dəyiş
Prezident İlham Əliyevin ənənəvi Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyi bildirilir.
“Turan” Agentliyi xəbər verir ki, İ.Əliyev fevralın 17-dən 19-na kimi Almaniyada səfərdə olacaq. Forumda İ.Əliyevin çıxışı da gözlənilir.
Xəbərdə qeyd edilir ki, səfər çərçivəsində Azərbaycan prezidentinin bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
Münhen Təhlükəsizlik Konfransı fevralın 16-da başlayıb 17-də başa çatmalıdır.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da konfrans çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyi bildirilib.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun