İlham Əliyev Avropa Komissiyasının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşüb.
Görüş Azərbaycan və Avropa İttifaqı arasında yeni əməkdaşlıq və strateji tərəfdaşlıq sənədi üzərində iş getdiyi bildirilib.
Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın və ixracın şaxələndirilməsinin prioritet məsələ olduğu diqqətə çatdırılıb, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aprelin 6-da prezident İlham Əliyevin Brüsselə səfəri başa çatıb.