IEA-nın OPEC-lə bağlı açıqlamasından sonra xam neftin qiyməti yüksəlib

IEA-nın OPEC-lə bağlı açıqlamasından sonra xam neftin qiyməti yüksəlib
11 Fevral 2017
Mətni dəyiş
Beynəlxalq Enerji Agentliyinin (IEA) Neft İxrac edən Ölkələr Təşkilatı ilə bağlı (OPEC) neft istehsalında hədəflənən miqdarın 90 faizdən çox azaldıldığı şərhinin ardından xam neft qiymətləri yüksəlib.
Qiymətlər hər barrelə görə 2 faizlik artışla 54,4 dollar və 56.8 dollara qədər qalxıb.
"Euronews" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi aylıq neft bazarı hesabatında, OPEC üzvlərinin bu ay etdikləri istehsalın ötən ilin yanvar ayına görə gündəlik 1 milyon barel azalaraq, 32,06 milyon barelə endiyini açıqlayıb.
Hesabata görə yanvar ayında OPEC üzvü və üzv olmayan istehsalçıların ümumi gündəlik istehsal hədəfi nəzərdə tutulandan 300 min barrel daha az qeydə alınıb.
Hesabatda həmçinin 2017-ci ildə qlobal neft tələbinin daha əvvəlki təxminlərin üzərində olacağı da ifadə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun