Fitch OPEC ölkələri ilə bağlı proqnozunu açıqlayıb

Fitch OPEC ölkələri ilə bağlı proqnozunu açıqlayıb
15 Fevral 2017
Mətni dəyiş
OPEC ölkələri neft hasilatını bildirilən səviyyənin cəmi 70%-i qədər azaldacaq. Bununla bərabər paktın müddəti uzadıla bilər.
Reuters-in verdiyi məlumata görə, bu barədə proqnozu beynəlxalq Fitch reytinq agentliyinin analitiki Dmitriy Mariçenko təqdim edib.
Agentlikdə razılaşmanın müddətinin bitməsinə yaxın bir zamanda, aprel-may aylarında neft qiymətlərindəki dəyişikliklərin daha da artacağı hesab olunur. Mariçenkonun sözlərinə görə "bu razılaşmanın görünməyən hissəsi də var, bura neft hasilatının faktiki azaldılması da daxildir".
Bundan əlavə agentlikdə 2019-2020-ci illərdən neft qiymətlərinin 65 dollara qədər artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Brent markalı neftin aprel fyuçersləri London ICE birjasında bir bareli 55.76, ABŞ-ın WTI markalı neftinin bir bareli isə 52.86 dollara satılır.
Yanvar ayında OPEC ölkələri arasında əldə olunan razılaşmanın müddəti yarım ildir və lazım gələrsə uzadıla bilər. Razılaşmaya görə xam neft hasilatını bir gün üçün bir milyon barrel azaldaraq 32.06 mln-a edirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun