FED rəhbərindən faiz artımı siqnalı

FED rəhbərindən faiz artımı siqnalı
15 Fevral 2017
Mətni dəyiş
ABŞ Mərkəzi Bankının - Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Janet Yellen ABŞ Senatının Bankçılıq Komitəsində ölkə iqtisadiyyatının ümumi durumu və FED siyasəti haqqında məruzə edib.
Amerika iqtisadiyyatının FED-in hədəflərinə doğru irəlilədiyini və yavaş böyüməkdə olduğunu bildirən Yellen iş dünyasındakı güvənin son dövrdə yüksəldiyini deyib.
Yellen Federal Açıq Bazar Komitəsinin (FOMC) əmək bazarında yaxşılaşma və inflyasiyanın 2 faizlik hədəfə doğru irəliləməyə davam etməsini gözlədiyini vurğulayıb. "Komitə gələcək yığıncaqlarda məşğulluq və inflyasiyanın bu gözləntilər istiqamətində inkişaf edib-etmədiyini qiymətləndirəcək. Əgər məşğulluq və inflyasiya gözləntilərə uyğun inkişaf etsə, gələcək yığıncaqlarda faizdə əlavə düzəlişlər etmək uyğun olar", – deyə o bildirib.
FED-in faiz artırmaq üçün uzun müddət gözləməsinin risklərinə də diqqəti çəkən Yellen söyləyib: "Daha əvvəl dediyim kimi, yumşaq pul siyasətinin sərtləşdirilməsini çox gözləmək rasional olmaz, çünki ehtimalla, FOMC faizlərin sürətli artırmasını tələb edir. Bu, maliyyə bazarlarının pozulması və iqtisadiyyatın çöküşə yuvarlanması riskinə yol aça bilər".
FED başçısı bu səbəblə iqtisadiyyatı tarazlıqda tutacaq pilləli faiz artımlarına davam edilməsini dəstəklədiyini bildirib.
Qeyd edək ki, J.Yellen-in açıqlamasından sonra dünya birjalarında dollar bahalaşır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun