Faiq Əmirli ev dustaqlığına buraxılmadı

Faiq Əmirli ev dustaqlığına buraxılmadı
8 Fevral 2017
Mətni dəyiş
Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin ev dustaqlığına buraxılması haqqında verilən vəsatətə baxılıb.
Abzas.net xəbər verir ki, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin etməyib.
Xatırladaq ki, F.Əmirov ötən il avqustun 20-da saxlanılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.
AXCP hesab edir ki, həbsin səbəbi hakimiyyətin “Azadlıq” qəzetini susdurmaq və partiya rəhbərliyinə təzyiq göstərməkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun