Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalan söyləyir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalan söyləyir?
11 Fevral 2017
Mətni dəyiş
Ərəb ölkələri vətəndaşlarının Azərbaycan ərazisində ov etməsilə bağlı sosial şəbəkələrdə fotolar və videokadrlar yayıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti dəfə bildirib ki, bu barədə məlumatı yoxdur və xarici turistlər üçün ov turları təşkil edən şirkətlərlə əməkdaşlığa son qoyacaq.
Nazirlik qeyd edir ki, “ov fəaliyyətinin məhdudlaşdırılmasına tərəfdardır, ancaq yerli və xarici ovçular öz hüquqlarının reallaşdırılmasına israr edirlər”.
Contact.az xəbər verir ki, öz acizliyinə bəraət qazandıran nazirlik bildirib ki, kadrlarda “Qırmızı kitab”a daxil edilmiş heyvan və quş növləri görünür, fotolarda göstərildiyi kimi heyvanların kütləvi şəkildə vurulması isə o demək deyil ki, ayrılan kvota normanı keçib və ciddi araşdırma aparılmalıdır.
Yuxarıda deyilənlərdən belə çıxır ki, nazirlik Azərbaycanda ov edən əcnəbilərə nəzarət etmək iqtidarında deyil. Ancaq nazirliyim müfəttişləri ov qaydalarını pozduğuna görə çoxsaylı yerli vətəndaşı tutur.
Yaxşı olardı ki, nazirlyinin əməkdaşları “Qırmızı kitab”a tez-tez baxsınlar və zoologiyanı öyrənsinlər. Yoxsa yalan söyləyə bilməzdilər. Belə ki, ərəb ovçuların dərc etdirdiyi forolarda ovlanması qadağan edilən ən azı üç quş növü görünür: bəzgək, anqut və ala ördək.
Bu vəziyyət yaxınlarda Şirvan qoruğunun işçilərinin, nazirlik əməkdaşlarının qanunsuz ceyran ovuna görə məsuliyyətə cəlb edilməsi fonunda təəccüb doğurur. Görünür, nazirlikdə belə hesab edirlər ki, bu heyvanlar “Qırmızı kitab”a daxil edilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun