Düşənbədən Daşkəndə 25 ildə ilk dəfə təyyarə uçub

Düşənbədən Daşkəndə 25 ildə ilk dəfə təyyarə uçub
10 Fevral 2017
Mətni dəyiş
Son 25 ildə ilk dəfə Düşənbədən Daşkəndə sərnişin təyyarəsi yola düşüb.
Tacikistanın "Somon Eyr" aviaşirkətindən bildirilb ki, təyyarə texniki reys yerinə yetirib, müntəzəm uçuşlar isə fevralın 20-dən bərpa olunacaq.
Həmçinin Özbəkistanın digər şəhərlərinə də uçuşlar təşkil etmək planlaşdırılır.
"Somon Eyr" Düşənbədən Daşkəndə hələlik yalnız bazar ertəsi günləri uçacaq.
Martın sonundan reyslərin sayı iki dəfəyədək artacaq, uçuşlar həftənin birinci və dördüncü günləri yerinə yetiriləcək.
Bu iki keçmiş Sovet respublikaları arasında bu günə qədər hava və avtobus sərnişin nəqliyyatı olmayıb.
1993-ci ildə Özbəkistanla Tacikistan arasında siyasi münasibətlərin kəskinləşməsi ilə əlaqədar birbaşa uçuşlar dayandırılıb.
Ölkələr arasında viza rejimi fəaliyyətini olduğu kimi davam etdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun