Donald Trump NATO liderləri ilə görüşə razılaşıb

Donald Trump NATO liderləri ilə görüşə razılaşıb
6 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump NATO Baş Katibi Jens Stoltenberg-lə telefon danışığında may ayında təşkilatın Avropa liderləri ilə görüşünə razılaşıb.
Seçkiqabağı kampaniya çıxışlarında Donald Trump dəfələrlə NATO-nu "köhnəlmiş" hərbi alyans və rolunu yerə yetirməyən təşkilat adlandırmışdı.
Hal-hazırda NATO-nun 27 üzv ölkəsindən (İslandiyanın öz hərbi qüvvəsi yoxdur) yalnız 5-i müdafiəyə təşkilatın tələb etdiyin ümumi daxili məhsulun (ÜMD) 2 faizini xərcləyir.
ABŞ prezident seçkilərindən sonra cənab Stoltenberg Britaniyanın Guardian qəzetinə yazdığı məqalədə həm Avropa həm də ABŞ üçün özünütəcrid kursunun bağlı olduğunu vurğulayıb.
Məqalədə NATO baş katibi, hazırda ABŞ-ın təşkilatın büdcəsinin təxminən 70 faizini təmin etdiyini və digər üzv ölkələrin NATO-ya maddi yatırımını artırmalı olduqlarını etiraf edib.
Lakin o həmçinin vurğulayıb ki, ABŞ liderləri həmişə Avropada sülh və sabitliyin qorunmasında dərin strateji maraqların mövcud olduğunu etiraf ediblər.
Ağ Evin yaydığı bəyanatda deyilir ki, cənab Trump və cənab Stoltenberg "NATO müttəfiqlərini müdafiə xərcləri öhdəliklərini yerinə yetirmək üçün necə həvəsləndirmək lazım olduğunu müzakirə ediblər".
Bəyanatda həmçinin iki liderin "Ukrayna ərazisindəki münaqişənin sülh yoluyla həlli üçün imkanları müzakirə etdikləri" bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun