Dönərxanada partlayış olub, yaralılar var - [Video]

Dönərxanada partlayış olub, yaralılar var - [Video]
21 Fevral 2017
Mətni dəyiş
Bakıda dönərxanada partlayış olub.
APA-nın məlumatına görə, hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, baş verən partlayışda 5 nəfər xəsarət alıb.
Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Partlayış nəticəsində 50 kvadratmetr sahəsi olan dönərxana yararsız hala düşüb.
İlkin ehtimala görə, qaz balonu düzgün quraşdırılmadığına görə partlayıb.
  [embed]https://youtu.be/dd1ZR84xeS8[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun