Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq

Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq
19 Fevral 2017
Mətni dəyiş
Çində 2020-ci ilədək 74 yeni mülki hava limanının inşası planlaşdırılır.
Report xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya İdarəsinin hesabatına istinadən "Jenmini jibao" məlumat yayıb.
Hesabatda qeyd olunur ki, hökumət 30 aeroportun tikintisini başa çatdırmağı və daha 44-nün inşasını planlaşdırır. Beləliklə, 2020-ci ilədək mülki hava limanlarının sayı təqribən 260-a, ümumi təyinatlı aeroportların sayı isə 500-ə çatacaq.
Həmçinin hava nəqliyyatında sərnişindaşımanın 28 faiz artırılaraq 720 milyon nəfərə çatdırılacağı gözlənilir. Yük daşımalarının həcmi, proqnozlara görə, 8,5 mln. ton olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun