Cəbhəçi fəalın şikayətinə nə zaman baxılacağı bəlli olub

Cəbhəçi fəalın şikayətinə nə zaman baxılacağı bəlli olub
3 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Babək rayon şöbəsinin fəalı Zeynalabdin Bağırzadənin işi barədə Naxçıvan Ali Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılma zamanı bəlli olub.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, şikayətə Gülzar Rzayevanın sədrliyi ilə hakimlər kollegiyası fevralın 21-də baxacaq.
"Azadlıq Radiosu" xəbər verir ki, AXCP fəalı 2016-cı il fevralın 2-də Babək rayon Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan mərhum edilib. Naxçıvan Ali Məhkəməsi hökmdən verilmiş apellyasiya şikayətini təmin etməyərək qüvvədə saxlayıb.
O, dövlət qulluqçusuna zor tətbiq etməkdə (CM-nin 315-2-ci maddəsi) günahlandırılıb.
Xatırladaq ki, Z.Bağırzadə 2015-vi il noyabrın 16-da saxlanıb. Yaxınlarının dediyinə görə, Z.Bağırzadənin evinə gələn Sosial Müdafiə Fondunun əməkdaşları onun xanımına etikadan uzaq söyüşlər söyüblər. Z.Bağırzadə bununla bağlı Fonda gedərək həmin adamları tapıb, həyətindəki hadisəyə görə etirazını bildirib. Daha sonra bununla bağlı prokurorluğa şikayət ərizəsi verib. Sonra isə iş Z.Bağırzadənin özünün əleyhinə çevrilib.
Z.Bağırzadə bundan əvvəl də həbs edilmişdi. O, 2012-ci ildə 7 il yarım şərti cəza almışdı. Buna səbəb kimi Çernobıl qəzası ilə bağlı əlliliyi saxta alması, səlahiyyət həddini aşması, sənədləri saxtalaşdırması göstərilirdi
7 il yarım şərti cəzadan qalan hissə indiki cəzanın üstünə gəlməklə o, 8 il azadlıqdan məhrum edilib.
Hüquq müdafiə təşkilatları Z.Bağırzadəni siyasi məhbus sayırlar.
Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun