Buğda idxalı 3 dəfədən çox artıb

Buğda idxalı 3 dəfədən çox artıb
19 Fevral 2017
Mətni dəyiş
Bu ilin ilk ayında Azərbaycanın xarici ticarətinin həcmi 1 milyard 254 milyon 680 dollar təşkil edib.
"Azadlıq Radiosu" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2015-ci ilin oxşar dövrünə nisbətən 16 ,79 faiz çoxdur. İxrac 804 milyon ABŞ dollarına bərabər olub.
Artım əsasən dövlətin hesabına olub. İxracın 728 milyon 918 min dollarını dövlət sektor, 60 milyonu özəl sektor, 15 milyonunu fiziki şəxslər edib.
İdxalda əsas mallarda artım belə olub: Ət (97 faiz), süd 0,54 faiz, kərə yağı, süddən hazırlanmış digər yağlar 224.40 faiz, cay 225.18 faiz, şəkər 37 faiz artıb.
Buğda idxalında atrım diqqət çəkib. Bu ilin yanvarında keçən ilin yanvarı ilə müqayisədə 2,2 dəfədən çox buğda idxal olunub. Miqdar baxımından da artım 3,4 dəfədən çox olub. Ötən ilin yanvarında 17,3 min ton, bu ilin yanvarında isə bu rəqəm 58,7 min ton olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun