Braziliyada tətil keçirən polislər əfv edilməyəcək

Braziliyada tətil keçirən polislər əfv edilməyəcək
12 Fevral 2017
Mətni dəyiş
Braziliyanın Espirito Santos əyalətində tətil edən hərbi polislərin əfv edilməyəcəyi bildirilib.
Prezident sarayı ilə Milli Konqres Əlaqələrdən məsul Dövlət naziri Antonio Imbassahy müvəqqəti təyin edilmiş Ədliyyə naziri Jose Levi de Amaral və Müdafiə naziri Raul Jungmann ilə bərabər bəzi rəsmilərin hərbi polislərin aksiyasını araşdırmaq üçün gəldiyi əyalətdə, üsyançı hərbi polislərin əfv edilməsi istiqamətində siyasi dəyişiklik ehtimalı olmadığını açıqlayıb.
“Anadolu Agentliyi” xəbər verir ki, ola biləcək bir əfvə inanan hər kəsin aldadıldığını ifadə edən Imbassahy, "Üsyançılara əfv çıxartmaq üçün Milli Konqresdəki əfv xəttində hər cür təşəbbüs haqqına sahib olduqlarını düşünənlərə Dövlət Başçısı Michel Temer-in siyasi bazasından dəstək alma ehtimalları olmadığını ifadə etmək istəyirəm", - deyə qeyd edib.
Nizamı qorumaq və qanunlara uyğun gəlmək məcburiyyətində olduqlarını vurğulayan Imbassahy, "Qanunlar tətbiq olunmalıdır. Braziliya Konstitusiyası hər zaman gözləniləcək və yerinə gətiriləcək", - deyə vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun