BNA 14 marşrut xəttinin trayektoriyasını dəyişir

BNA 14 marşrut xəttinin trayektoriyasını dəyişir
24 Fevral 2017
Mətni dəyiş
Bakı Nəqliyyat Agentliyi (BNA) 14 marşrut xəttinin trayektoriyasını dəyişir.
Bakı Nəqliyyat Agentliyindən Abzas.net-ə verilən məlumata görə, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Buna görə də 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun