Bloqqerin bacıları buraxılıb, kişi qohumları isə hələ də saxlanılırlar [Video]

Bloqqerin bacıları buraxılıb, kişi qohumları isə hələ də saxlanılırlar [Video]
19 Fevral 2017
Mətni dəyiş
Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın ailəsinə təzyiqlərin davam etdiyi bildirilir. 
Abzas.net xəbər verir ki, bu barədə bloqqerin Avropada yaşayan yaxınları məlumat verib. Mənbənin bildirdiyinə görə, fəalın bacıları bu gün buraxılıb, amma kişi qohumları isə hələ də polis bölməsində saxlanılır.
Orduxan Teymurxanın sözlərinə görə, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə qarşı söylədiyi tənqidi fikirlərə görə incidilir. Ailəsindən O.Teymurxanın fəaliyyətinə son qoyması tələb edilir.
Orduxan Teymurxanın bacıları fevralın 18-də Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıblar.
Bir müddət əvvəl bloggerin bacısı, bacısı oğlu və yeznəsi mətbuat vasitəsilə ondan imtina etdiklərini bəyan etmişdi.
Orduxan Teymurxan baş verənlərlə bağlı beynəlxalq təşkilatlara məlumat verəcəyini bildirib.
[embed]https://www.youtube.com/watch?v=qNN_HbUW228[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun