Bakının bu ərazilərində qaz təchizatı dayandırılıb

Bakının bu ərazilərində qaz təchizatı dayandırılıb
8 Fevral 2017
Mətni dəyiş
SOCAR-ın (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi bu gün Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər qoyub. 
Fins.az-ın məlumatına görə, Diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar edilmiş qaz sızmasının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar sabah saat 09:30 dan 18:00-dək Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Aparılan işlərin Binəqədi rayonu Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun