"Azercell" 20 il ərzində dövlət büdcəsinə 1,5 mlrd. manat ödəyib

"Azercell" 20 il ərzində dövlət büdcəsinə 1,5 mlrd. manat ödəyib
22 Fevral 2017
Mətni dəyiş
2016-cı ildə "Azercell" dövlət büdcəsinə 175,1 mln. manat məbləğində ödəniş edib.
APA xəbər verir ki, adının çəkilməsini istəməyən şirkət rəsmisi bildirib ki, 20 il ərzində dövlət büdcəsinə ödənişlərin məbləği 1 mlrd. 458,2 mln. manat təşkil edib.
"Şirkətin ödəmələrinin dövlət büdcəsində xüsusi çəkisi təxminən 2,3% təşkil edir. Qeyri-neft sektoru üzrə ödənişlərdə isə "Azercell" şirkətinin ödənişlərinin xüsusi çəkisi 2,9%-dir", - deyə şirkət rəsmisi qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun