“Azərsu” ötən il 116 min sayğac quraşdırıb

“Azərsu” ötən il 116 min sayğac quraşdırıb
12 Fevral 2017
Mətni dəyiş
2016-cı ildə “Azərsu” ASC abunəçiləri üçün 116 min ədəd sayğac quraşdırıb. 
Bu barədə “Report”a qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Bundan başqa, onun sözlərinə görə, ötən il təmsil etdiyi qurum 745 km içməli su xətti çəkib ki, bunun da 92 km-i magistral kəmərdir: "Həmçinin ötən il 435 km kanalizasiya xətti çəkilib, 15 su anbarı tikilib, 26 subartezian quyusu qazılıb istifadəyə verilib”.
2016-cı ildə “Azərsu”nun abunəçilərinin də sayı artıb. "Əgər 2015-ci ilin yekununda abunəçilərin sayı 1,377 mln. 2016-cı ilin yekununda bu rəqəm 36 min ədəd və yaxud 2,61% artaraq 1,413 mln.-a çatıb”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun