"Azərpoçt" "AZAL"la əməkdaşlığa başlayıb

"Azərpoçt" "AZAL"la əməkdaşlığa başlayıb
10 Fevral 2017
Mətni dəyiş
“Azərpoçt” MMC “AZAL” aviaşirkəti ilə əməkdaşlığa başlayıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə “Şəbəkə” mərkəzinin əlaqələndiricisi Ceyhun Əliyev deyib.
Onun sözlərinə görə, bu cür şirkətlərlə əməkdaşlıq aviabiletlərin satışının yeni yaradılmış “Şəbəkə” xidmət mərkəzləri vasitəsilə təşkil olunmasını nəzərdə tutur.
Qeyd edək ki, yeni "Şəbəkə" mərkəzi 1 saylı poçt filialının nəzdində yaradılıb və "bir pəncərə" sistemi ilə fəaliyyət göstərəcək.
Mərkəzdə vətəndaşlara poçt və maliyyə məsələləri, stasionar telefonun qoşulması, telefon nömrəsinin başqa ada keçirilməsi, aviabiletlərin alınması və digər məsələlərlə bağlı xidmətlər göstəriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun