Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 2 dəfədən çox azalıb

Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 2 dəfədən çox azalıb
1 Fevral 2017
Mətni dəyiş
Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 3,521 mlrd. dollar və ya 36,32% azalaraq 2016-ci ildə 6,174 mlrd. dollar təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
"Report" xəbər verir ki, ticarət dövriyyəsinin müsbət saldosu 2,079 mlrd. dollar və ya 54,6% azalaraq ötən il ərzində 1,729 mlrd. dollar olub. Hesabat ilində Aİ ölkələrinə ixracda illik 41,47%, idxalda isə 24,5% azalma qeydə alınıb.
Ölkə üzrə cəmi ixracın 43,22%-i, idxalın isə 26,04%-i məhz bu ölkələrin payına düşüb.
Bildirək ki, Aİ ölkələri arasında ixracda əsas yeri İtaliya tutub. İtaliyaya ixrac illik müqayisədə 30,8% azalaraq ötən il ərzində 1,560 mlrd. dollar, idxal isə 43,38% azalaraq 332,186 mln. dollar təşkil edib. Ölkə üzrə cəmi ixracın 17,06%-i, idxalın isə 3,89%-i İtaliya ilə həyata keçirilən əməliyyatların payına düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun