Azərbaycanda qiymət artımının sürəti Avropa ölkələrini 10,8 dəfə keçib

Azərbaycanda qiymət artımının sürəti Avropa ölkələrini 10,8 dəfə keçib
1 Fevral 2017
Mətni dəyiş
2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 12,4% təşkil edibsə, Avropa zonasında bu rəqəm cəmi 1,14%-dir. Ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları 14,7% bahalaşıb, Avropa statistikası isə Avropada bir faizlik inflyasiya olduğunu deyir.
Turan agentliyinin hesablamalarına görə, 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18% təşkil edib, ən mühüm məhsullar üzrə isə qiymətlər 22%-dən 100%-ə qədər qalxıb.
Mal əti 42,8%, qoyun əti 22,2%, toyuq əti 25,9%, kərə yağı 42,1%, qarğıdalı yağı 44%, marqarin 33,3%, yumurta 30,7%, şəkər tozu 66,6%, qənd 33,3%, duz 28,5%, düyü 38%, xama 22,2%, kartof 33,3%, baş soğan 30%, xiyar 100%, pomidor 94,4% bahalaşıb.
Müasir Avropa tarixi SSRİ dağıldıqdan sonra belə bir inflyasiya artımı qeydə almayıb.
Avropa İttifaqında inflyasiyanın səviyyəsi son 20 ildə illik 2% həddində dəyişir. Ən yüksək artış 2007-ci ildə qeydə alınıb – 3,2%.
2016-cı ildə Avropa zonası inflyasiya səviyyəsinə görə Yunanıstan, Yaponiya və Fransadan sonra dünyada dördüncü yeri tutur.
Bu statistikalar Avropa və Azərbaycanda real vəziyyət, habelə prezident İlham Əliyevin Azərbaycan avtoritarizminin çiçəklənməsi və Avropa demokratiyasının çürüməsi haqqında müqayisəli bəyanatları arasında uyğunsuzluğu nümayiş etdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun