Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb

Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb
20 Fevral 2017
Mətni dəyiş
ABŞ və Rusiya 2012-2016-cı illərdə silah ticarəti sahəsində dünyanın ən böyük ixracatçı ölkələridir.
APA-nın xəbərinə görə, bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında deyilir.
Hesabatda bildirilir ki, satılan silahların 74%-i ABŞ, Rusiya, Çin, Fransa və Almaniyanın payına düşür.
Təkcə ABŞ və Rusiyanın payı 56%-dir.
2007-2011-ci illərlə müqayisədə hesabat dövründə silah ticarətinin həcmi 8.4% artıb.
Son 5 ilin rəqəmləri “soyuq müharibə” bitəndən sonra qeydə alınan ən böyük  göstəriciləridir.
Hesabata əsasən, Asiya, Okeaniya, Yaxın Şərq bölgələrinə silah satışı daha çox artıb, Avropa, Afrika və Amerika qitələrinə isə azalıb.
Qeyd olunan dövrdə 50 ölkə Rusiyadan hərbi texnika alıb.
Rusiyanın satdığı silah və texnikanın 4 faizini Azərbaycan alıb. ABŞ isə həbi texnika və silahlarını 100 ölkəyə satıb.
Hesabatda qeyd olunur ki, 2012-2016 illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb.
Şimali Afrika ölkələri arasında hərbi idxala görə lider ölkə Əlcəzairdir. Regiona silah satışının 46%-i bu ölkənin payına düşür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun