Avstriya polisi saxta Hitleri axtarır

Avstriya polisi saxta Hitleri axtarır
12 Fevral 2017
Mətni dəyiş
Polis Adolf Hitlerin doğum yeri olan Avstriyanın Braunau şəhərində Hitler paltarıyla gəzən şəxsi axtarır.
Abzas.net xəbər verir ki, "Oberösterreichischen Nachrichten" adlı qəzetdə yer alan məlumata görə, söz mövzusu şəxs Hitler Almaniyası dövründən qaldığı düşünülən bir forma geyir, Hitlerə bənzər saça və bığa sahibdir.
Qəzetin xəbərində, bölgə prokurorluğunun sözçüsü Alois Ebner-in "Adolf Hitlerin şəxsiyyətinin başqa insanlar tərəfindən ucaldıldığını göstərəcək aksiyalar cinayətdir" ifadələrinə yer verilib.
Xatırladaq ki, Adolf Hitler 20 aprel 1889-cu il tarixində Braunau am Inn bölgəsində dünyaya gəlib. Hal-hazırda Hitlerin doğulduğu ev mövzusunda müzakirələr davam edir.
Avstriya hökuməti binanın Neo nazilər tərəfindən "həcc yeri"-nə çevrilməsinin qarşısını almaq istəyir. Ancaq evin hazırkı sahibi Gerlinde Pommer hökumətin bu qərarına qarşı çıxıb.
Adolf Hitlerin üç yaşına qədər yaşadığı binanın qarşısında hal-hazırda köhnə Mathausen düşərgəsindən gətirilən böyük qranit daş var. Daşın üzərində isə bu ifadələr yer alır:
"Sülh, Azadlıq və Demokratiya üçün. Faşizmə bir daha əsla. Milyonlarla ölü xəbərdar edir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun