Avropa Parlamentindən dinləmələrə qatılan jurnalistin interneti və işığı kəsilib

Avropa Parlamentindən dinləmələrə qatılan jurnalistin interneti və işığı kəsilib
6 Fevral 2017
Mətni dəyiş
Bu gün Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentinin binasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr başlayıb. 
Dinləmələr başlamamış Bakıdan məruzəçi kimi “Skype”la müzakirələrə qoşulmalı olan araşdırmaçı-jurnalist Xədicə İsmayılın yaşadığı evdə internet və elektrik xətti kəsilib.
Abzas.net xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkədəki səhifəsində yazıb. Xədicə İsmayılın bildirib ki, maneələrə baxmayaraq dinləmələrə qatıla bilib.
Qeyd edək ki, tədbir prezident İlham Əliyevin Brüsselə səfərinə həsr edilib. Avropa Parlamentinin üzvləri Azərbaycanda insan hüquqlarının pozulması, fəalların və jurnalistlərin təqib edilməsi məsələlərini qaldırılıb.
Dinləmələrdə MeydanTV-nin direktoru Emin Milli iştirak edir.
Xatırladaq ki, araşdırmaçı-jurnalist Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuş və vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.
Xədicə İsmayıl 2016-cı ilin mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Ancaq məhkəmə onun ölkədən çıxışına icazə vermir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun