Asiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gələcək

Asiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gələcək
28 Fevral 2017
Mətni dəyiş
Mart ayının ortalarında Asiya İnkişaf Bankının (ADB) enerji missiyası Azərbaycana gələcək.
“Report” xəbər verir ki, missiyaya ADB-nin enerji məsələləri üzrə eksperti Tyanxua Luo (Tianhua Luo) rəhbərlik edir.
Martın 13-17-si tarixlərini əhatə edəcək səfər zamanı missiya “Azərişıq” ASC-nin rəhbərliyi və hökumət təmsilçiləri ilə görüşəcək.
Qeyd edək ki, Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramının birinci tranşının maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan ADB-yə müraciət edib. Ötən il mayın 5-də Bankın Direktorlar Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısı zamanı ADB ilə Azərbaycan hökuməti arasında "Azərişıq" ASC-nin fəaliyyətinin yaxşılaşdırılması üçün dəyəri 1 mlrd. ABŞ dolları olan investisiya müqaviləsi imzalanıb. Memorandumun şərtlərinə görə, 1 mlrd. dollarlıq investisiyanın 25%-ni Azərbaycan hökuməti, 75%-ni ADB təmin edəcək.
Xatırladaq ki, 2016-cı ilin iyulunda həmin layihə ilə bağlı ADB-nin ayırmalı olduğu kredit təsdiqlənib və artıq Bank ilk hissəni (250 mln. dollar) Azərbaycan tərəfinə verib. Növbəti tranş isə 2018-ci ildə baş tutacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun