“Apple” və “Samsung” iPhone 8 üçün razılığa gəlib

“Apple” və “Samsung” iPhone 8 üçün razılığa gəlib
14 Fevral 2017
Mətni dəyiş
"Apple" sentyabr ayında təqdimatını planlaşdırdığı iPhone 8 üçün "Samsung" firması ilə razılığa gəlib. 
Abzas.net xəbər verir ki, yeni nəsil iPhone-lar, "Samsung" istehsalı OLED ekranları ilə təchiz ediləcək.
"Apple", "Samsung"-a sifariş etdiyi 60 milyon OLED paneli üçün 4.3 milyard dollar ödəyəcək. Yəni hər bir panelin xərci 71 dollar olacaq. iPhone 7-dəki IPS ekranların vahid qiyməti 40 dollar idi.
"Samsung" 95 % payla OLED bazarının lideri mövqeyindədir.
Qeyd edək ki, "Apple" 2016-cı ildə "Samsung"-a 100 milyon OLED paneli sifariş etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun